Sənaye müəssisələrinin sayı azalır
2014-cü ildə Azərbaycanda sənaye müəssisələrinin sayı 7 subyekt artıb. Son 5 ildə 116 sənaye müəssisəsi fəaliyyətini dayandırıb və 2015-ci ilin əvvəli üçün 2 534 müəssisə məhsul buraxıb, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Ölkədə 100% xarici kapitallı sənaye müəssisələrinin sayı artır: yanvarın əvvəli üçün xarici investorlara məxsus 177 sənaye müəssisəsi olub. Ötən il 100% xarici kapitallı 26 sənaye müəssisəsi məhsul buraxmağa başlayıb. 2009-cu ildə Azərbaycanda 133 xarici sənaye müəssisəsi olub.
2014-cü ildə sənaye müəssisələri 21,6 mlrd manat xalis mənfəət əldə edib. Bu, əvvəlki ildəkindən 8,3% azdır. İl ərzində sənayedə muzdlu işçilərin orta illik sayı dəyişməyib və 197,2 min nəfər təşkil edib.
Azərbaycanda sənaye müəssisələrinin əsas fondlarının qiyməti 1 yanvar 2015-ci il üçün 61,8 mlrd manat olub. Bu, 2013-cü ildəkindən 15,4% çoxdur. 2010-2014-cü illərdə sənayenin inkişafına 30,8 mlrd manat investisiya qoyulub, deyə DSK bildirir.
-
- İqtisadiyyat
- 10 Oktyabr 2015 13:07
-
- İqtisadiyyat
- 10 Oktyabr 2015 13:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz