Sənayedə artım başlayıb
Bu ilin 9 ayında Azərbaycanda sənaye istehsalı həcmi 25,3 mlrd manat təşkil edib. Artım neft (0,4%) və qeydi-neft (2,9%) sektorlarında olub.
Dövlətstatkoma görə, sənaye istehsalının 75%-i hasilat sənayesinin payına düşür. 32,5 mln ton xam neft və 13,1 mlrd kubmetr təbii qaz istehsal olunub.
Emal sənayesininn payı 20% təşkil edib. Qeyri-neft bölməsində qida, içki, dəri və dəri məmulatları, kimya, əczaçılıq, tikinti materialları və s. istehsalı həcmi artıb. Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatının xüsusi çəkisi 5,1% olub. Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payı cüzidir – 0,6%. 08D
-
- Cəmiyyət
- 17 Oktyabr 2013 12:53
-
- İqtisadiyyat
- 17 Oktyabr 2013 13:33
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz