Sərnişinlərin icbari sığortası İSB-nin marağından kənardadır
Fevralda İcbari Sığorta Bürosunun üzvü olan şirkətlərin daşınmaz əmlakın sığortası, sərnişinlərin icbari sığortası və daşınmaz əmlak istifadəsi zamanı mülki məsuliyyətin sığortası üzrə mükafatları 1 mln 330,03 min manat olub.
Ötən ay bu 3 növ üzrə 14,94 min müqavilə bağlanılıb, deyə İSB məlumat verir.
Bunun çoxu (14 min 476) daşınmaz əmlakın sığortası üzrədir və mükafatlar 1 mln 293,51 min manat təşkil edib. 455 müqavilə daşınmaz əmlak istifadəsi zamanı mülki məsuliyyətin sığortası üzrədir. Bu növ üzrə 35,64 min manat, sərnişinlərin icbari sığortasında 9 müqavilə ilə 886 manat sığorta haqqı yığılıb.
bakıda sığorta ödənişi həcmi 25 min, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min, başqa yaşayış məntəqələrində 15 min manatdır.
Sığorta tarifi sığorta məbləğinin 0,2%-dir.
Daşınmaz əmlakın sığortası üzrə 12, daşınmaz əmlak istifadəsi zamanı mülki məsuliyyətin sığortası üzrə 11, sərnişinlərin icbari sığortası üzrə 1 şirkətin lisenziyası var. --17D—
-
- İqtisadiyyat
- 3 Mart 2014 14:53
-
- Cəmiyyət
- 3 Mart 2014 16:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz