Sığortaçı və aktuarların növbəti attestasiyası başlayır
Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti 12 və 14 dekabrda ilk dəfə aktuarların attestasiyasını keçirəcək.
Test imtahanı “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları”na uyğun keçirilir. Xidmətin saytında deyilir ki, iştirak niyyətini 10 dekabr saat 17-dək bildirmək lazımdır.
Sığortaçıların attestasiyası 2009-cu ilin əvvəlindən sığorta qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İmtahanlarda 100 baldan 70 bal toplayanlar uğur qazanır.
“Sığorta fəaliyyəti haqqında” qanununun 83.2.2 maddəsinə əsasən, sığorta agentlərinin fəaliyyəti lisenziyalaşdırılır. --17D—
-
- İqtisadiyyat
- 10 Dekabr 2015 15:02
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz