Silk Way şirkətlər qrupunun xüsusi texnika zavodu bağlanıb
Noyabrın 30-da “Silk Vey Xüsusi Nəqliyyat Zavodu” MMC ləğv edildiyini bildirib. Bu, Silk Way şirkətlər qrupunun son 2 həftədə bağlanan ikinci şirkətidir.
Silk Way şirkətlər qrupunun xüsusi texnika zavodu 2013-cü ilin avqustunda yaradılıb. Müəssisənin fəaliyyəti və bağlanma səbəbi açıqlanmır.
Silk Way şirkətlər qrupu 2001-ci ildə yaradılıb. Qrupa mülki aviasiya, maliyyə, sənaye, turizm və s üzrə 20-dən çox müəssisə daxildir.
Bundan əvvəl “Caspian Trans Line” MMC ləğv edildiyini elan etmişdi. 08B
-
- İqtisadiyyat
- 30 Noyabr 2016 14:29
-
- İqtisadiyyat
- 30 Noyabr 2016 15:00
İqtisadiyyat
-
S&P Global Ratings Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yenidən nəzərdən keçirərək, proqnozu "sabit"dən "müsbət"ə yüksəldib.
-
Ölkədə son günlər çörəyin bahalaşdığı deyilir. Sosial şəbəkələrdə yazılır ki, çörəyin qiymətlərində 5-10 qəpik artım var. Şikayətlərə görə, Azərbaycanda "zavod çörəyi" kimi tanınan çörəyin üstündə çəki barədə məlumat tapmaq çətindir. Yəni, bir çox hallarda bu növ çörəyin üstündə çəki barədə məlumat yazılmır. Ayrı-ayrı sexlərin təndirxanalarında bişən çörəklə də bağlı alıcıya çox vaxt qiymətdən başqa heç bir məlumat verilmir.
-
Rusiya, İran və Azərbaycanın xarici işlər nazirləri, nəqliyyat nazirləri, enerji nazirləri və gömrük xidmətlərinin rəhbərləri yaxın zamanda Rəşt-Astara dəmir yolu layihəsinin icra vəziyyətini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək. Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
-
Azərbaycan və Tatarıstan enerji, maşınqayırma, neft-kimya, kənd təsərrüfatı və nəqliyyat sahələrində qarşılıqlı maraqlara əsaslanan ticarət və iqtisadi əməkdaşlığı gücləndirməkdə davam edir. İkitərəfli əlaqələr, rəsmi nümayəndə heyətlərinin müntəzəm səfərləri və beynəlxalq iqtisadi forumlarda iştirakı ilə dəstəklənən sabit inkişaf nümayiş etdirir.
Rəy yaz