Siqaretlər 20-40 qəpik arasında bahalaşıb
Sentyabrın 5-dən Azərbaycanda əksər siqaretlərin qiyməti yenidən artırılıb, ümumilikdə siqaretlərin qiymətində 25-30 faiz artım müşahidə olunur.
Bakının market və mağazalarında siqraetlərin qiymətləri buna qədər avqustun 29-da 10-20% arasında bahalanmışdı. Sentyabrın 5-də olan artım son bir həftədə ikinci dəfə baş verir.
Bir həftə öncə 2.60 pqəik olan LD nazik qutu 2.80 AZN olub. Həmin markadan olan qalın qutulu siqaret 2.30-dan 2.50 AZN-ə qalxıb, göy qutulu LD 1.70-ə yox, 2 manata satılır. Ağ qutulu LD isə 1.60-dan 1.80 manata yüksəlib.
Analoji qiymət artımları “Winchester”, West”, “Kent”, “Sobranie” sirqaetlərinin satışında da özünü göstərir. Ən çox bahalaşma “Sobranie” siqaretindədir ki, bu da 40 qəpik bahalaşma deməkdir. Odur ki, bahalaşma 20-40 qəpik arasında dövr edir.
Satıcılar bunun səbəblərini bilmədiklərini desələr də, ekspertlər bu bahalaşmanın son vaxtlar dolların bahalaşması ilə birbaşa bağlı olduğunu deyirlər.
-
- İqtisadiyyat
- 5 Sentyabr 2016 12:21
-
- Söz istəyirəm
- 5 Sentyabr 2016 13:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz