SKMF Ağsuda prioritet kreditləşmə sahələrini müəyyən edib

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağsu rayonunda prioritet sahələr üzrə layihələrin qəbuluna başlayıb.   

Nazirliyin məlumatında deyilir ki, burada bağçılıq (nara, üzüm və s.) təsərrüfatı yaradılması üzrə layihələr qəbul ediləcək. Bu gündən subyektlər müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.   

SKMF 1992-ci ildə yaradılıb. 2002-ci ildən fəal şəkildə kredit verməyə başlayıb. Kreditlər 38 müvəkkil bank və qeyri-bank kredit təşkilatı vasitəsilə verilir. 2012-ci ildə Fond 2400 layihəyə 218 mln manat güzəştli kreditlər verib. 2013-cü ildə SKMF xətti ilə sahibkarlığın güzəştli kreditləşməsinin həcmi 300 mln manata çatacaq. Bunun yarısı büdcə vəsaiti olacaq. 

Bu ilin əvvəlindən 50 investisiya layihəsinin maliyyələşməsinə 8,4 mln manat ayrılıb. --15D--

 

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti