SOCAR istiqrazlarını 429 investor alıb
Oktyabrın 14-də keçirilən hərracda SOCAR-ın faizli istiqrazlarını 429 investor alıb, deyə Bakı Fond Birjası məlumat verir.
Buna qədər şirkət məlumat vermişdi ki, 100 mln ABŞ dolları məbləğində buraxılan istiqrazlara tələb $203,6 mln olub.
İstiqrazlar 5 il müddətində tədavüldə olacaq. Faizlər (illik 5%) hər rüb ödəniləcək.
Qeyd edək ki, emissiya prospektinə əsasən, SOCAR hər birinin nominalı $1000 olan daha 400 mln ABŞ dolları məbləğində istiqrazlar buraxa bilər. 08B.
-
- İqtisadiyyat
- 17 Oktyabr 2016 15:38
-
- Cəmiyyət
- 17 Oktyabr 2016 16:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz