SOCAR mütəxəssisləri İsrail sahillərində neft aşkar ediblər
Aşdod şəhərinin 15 km. qərbində “Yam-3” yatağında neft ehtiyatları 120 mln. barel həcmində dəyərləndirilir. SOCAR Dövlət Şirkətinə məxsus Caspian Driling Company mütəxəssislərinin rəyi belədir. Bu barədə sentyabrın 8-də İsrailin Shemen Oil & Gas Resources şirkəti (layihədə 79,2% paya malik) bildirib. Şirkətin iri səhm paketləri əslən Gürcüstandan olan Avraam Nanikaşviliyə məxsusdur.
İzrus-un məlumatına görə, 5175 m. dərinliyində yerləşən neft yüksək keyfiyyəti ilə seçilir. Qazma davam edir və hazırda quyunun dərinliyi 5700 metrə çatıb.
Caspian Drilling Company “Yam-3”ün qazılma prosesində bəzi geofiziki araşdırmalar aparıb.
Xatırladaq ki, SOCAR mütəxəssisləri birinci il deyil ki, İsraildə Aralıq dənizində perspektiv strukturlarda neft axtarışı ilə məşğul olurlar. Azərbaycan neftçilərinin dəniz yataqlarında neft axtarışı və hasilatı üzrə unikal təcrübəsindən dünyanın bir çox regionunda istifadə olunur. -02D-
-
- Cəmiyyət
- 10 Sentyabr 2013 12:09
-
- İqtisadiyyat
- 10 Sentyabr 2013 12:48
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz