SOCAR Qazprom-dan aldığı kreditlə Pasha, Gilan və Azərsunla birlikdə yarım milyard dəyərində zavod tikir
İyunun 19-da Sankt-Peterburqda beynəlxalq iqtisadi forum çərçivəsində Qazprombank və Azərbaycanın Dövlət Neft Şirkəti – SOCAR Azərbaycanda yüksək sıxlıqlı polipropilen və polietilen qurğularının tikintisinin maliyyələşdirilməsi haqqında saziş imzalayıb.
Qazprombank-ın saytında yer alan məlumata görə, sazişi Qazprombank rəhbəri Andrey Akimov və SOCAR prezidenti Rövnəq Abdullayev imzalayıblar. Kreditin məbləği $489 mln., müddəti 10 il təşkil edəcək.
“Biz SOCAR qrupu ilə uzunmüddətli strateji tərəfdaşlıq niyyətindəyik və SOCAR Polymer layihəsinin maliyyələşdirilməsinə əməkdaşlığın növbəti mərhələsi kimi baxırıq”, deyən Akimov sövdələşmənin Qazprombank-ın SOCAR-ın digər investisiya layihələrində də iştirakına imkan verəcəyinə ümid etdiyini deyib.
Xatırladaq ki, SOCAR Polymer SOCAR, Pasha Holding, Gilan Holding və Azərsun Holding tərəfindən təsis edilmiş birgə şirkətdir.
Polipropilen istehsal edən müəssisə Sumqayıtda İtaliya şirkətləri ilə birgə tikiləcək.
350 milyon avro dəyəri olan layihə aprelin 15-də Bakıda təsdiq edilib. Müəssisə ildə 180 min ton polipropilen istehsal edəcək. Müəssisə 2018-ci ildə tam gücü ilə fəaliyyət göstərməlidir və ölkənin plastmass tələbatının 30%-ni təmin edəcək. -02D-
-
- Siyasət
- 19 İyun 2015 19:23
-
- İqtisadiyyat
- 19 İyun 2015 20:25
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz