SOCAR «qənaət rejimi»nə keçməyi əhəmiyyətli sayır
SOCAR mətbuat xidməti 2015-ci ilin yekunları ilə bağlı dekabrın 31-də iclas keçirildiyi haqda açaıqlma yayıb.
SOCAR prezidenti Rövnəq Abdullayev dünyada mövcud iqtisadi durumun bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini bəyan edib. Dünyadakı mövcud iqtisadi durum fonunda Azərbaycan üçün 2015-ci ilin istehsalat nəticələri qənaətbəxş sayılıb. Daha sonra R.Abdullayev Trans-Anadolu qaz boru kəməri (TANAP), "Star" neft emalı zavodu və "Petlim" limanının tikintilərini vacibliyini vurğulayıb. “ Azərbaycanda həyata keçirilən layihələr uğurla davam edir, amma şirkətdə aparılan xərclərin optimallaşdırılması və qənaət rejiminə keçid prosesləri sürətləndirilməldir” deyə SOCAR rəhbəri qeyd edib.
Neft-qaz yataqlarında həyata keçirilən əməliyyatlarda insanların təhlükəsizliyini prioritet vəzifə sayan R.Abdullayev bu sahəni qənaət rejiminin tətbiq edilmədiyi yeganə sahə adlandırıb. A.Abdyullayevə görə, 2016-cı ildə SOCAR-ın dayanıqlığının qorunması və saxlanması məsələsi də prioritet istiqmətlər sırasndaıdır.
SOCAR-a aid idarə və müəssisələrin maddi-texniki təchizat siyasətinə yenidən baxılması, xərclər və idarəetmə sisteminin optimallaşdırılması, qənaət rejiminin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. SOCAR prezidenti şirkətin dayanıqlığının artırılması yönündə konkret tapşırıqlar verib.
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz