SOCAR Rumıniyanın neft məhsulları bazarına 50 mln avro qoyacaq
SOCAR 2015-2016-cı illərdə Rumıniyada «SOCAR» brendli 13-14 yanacaqdoldurma məntəqəsi açmaq istəyir, deyə Rumıniya mətbuatı SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyova istinadən bildirir.
Onun sözlərinə görə, hazırda şirkətin Rumıniyada 32 yanacaqdoldurma məntəqəsi var.
«Biz qürur duyuruq ki, belə bir şirkət qurduq və bu YDM-lərdə təxminən 500 nəfər işlə təmin edilib. İlk planımız yerli bazarda satış həcmini və YDM-lərin sayını artırmaq olacaq. İlin sonuna qədər 3-4 yeni stansiya istifadəyə veriləcək və gələn il daha 10 stansiyanın da istifadəyə verilməsini düşünürük”, deyə Bəylərbəyov bildirib.
Onun sözlərinə görə, bəzi YDM-lər sıfırdan tikiləcək, bəziləri alınacaq və adı dəyişdiriləcək.
“Azərbaycan Dövlət Neft Şirkəti Rumıniyadakı yanacaqdoldurma məntəqələrinin (YDM) sayının artırılmasına 50 mln avro sərmayə qoyub. Analoji məbləğ yaxın 2-3 ildə yanacaqdoldurma məntəqələrinin sayının artırılmasına yönəldiləcək», - deyə Bəylərbəyov qeyd edib.
Xatırladaq ki, SOCAR Rumıniya bazarına 2011-ci ilin oktyabrından fəaliyyət göstərir. 12D--
-
- İqtisadiyyat
- 3 İyul 2015 12:45
-
- Cəmiyyət
- 3 İyul 2015 13:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz