SOCAR yanvar-avqustda neft hasilatını 1,4% azaldıb
SOCAR 2015-ci ilin yanvar-avqustunda 5 mln 539,3 min ton neft hasil edib. Bu, ötən ilin eyni dövründəkindən 1,4% azdır. Şirkətdən verilən məlumata görə, 2015-ci ilin avqustunda 699,2 min ton neft hasil edilib.
2014-cü ildə Azərbaycanda 41,9 mln ton neft çıxarılıb. Bunun 8 mln 402,5 min tonu SOCAR-ın payına düşür.
Əvvəllər SOCAR-ın hasilat və nəql üzrə vitse-prezidenti Rəhman Qurbanova istinadən bildirilirdi ki, şirkət 2015-ci ildə 8,3 mln ton neft çıxarmağı planlaşdırır.–12D--
-
- İqtisadiyyat
- 13 Oktyabr 2015 11:48
-
- İqtisadiyyat
- 13 Oktyabr 2015 12:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz