Sosial sığorta ödəyənlərin sayı artır
Aprelin 1-i üçün Azərbaycanda 3 mln 41,81 min nəfər sosial sığorta üzrə fərdi hesablara malikdir (1 yanvara nisbətən +2,2%).
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatında deyilir ki, 2015-ci ilin yanvar-mart aylarında 22,710 min nəfərdən artıq şəxs üçün fərdi hesab açılıb.
Sığortaolunanların 59,1%-i kişi, 40,9%-i isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,71%-ni əhatə edir. Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,74%-ni 30-40 yaş aralığında olan vətəndaşlar, 20,84%-ni 40-50 yaş aralığında olan vətəndaşlar, 21,2%-ni 50-60 yaş aralığında olan vətəndaşlar, 11,51%-ni 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
Xəbər verildiyi kimi, Azərbaycan 2006-cı il yanvarın 1-dən pensiya sistemində islahatlar aparıb və fərdi sosial sığorta uçotuna keçib. Bunun əsasında icbari sosial sığorta haqqı ödəyən hər bir şəxs üçün fərdi hesab açılır. Burada onun icbari sosial sığorta üçün ödədiyi haqlar toplanır. --17D—
-
- İqtisadiyyat
- 8 Aprel 2015 15:03
-
- Siyasət
- 8 Aprel 2015 15:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz