Açiq mənbələrdən foto.
Sumqayıtda ictimai nəqliyyatda nağdsız ödənişlərə keçidin iflası
Bakı/23.11.21/Turan: Noyabrın 22-dən Sumqayıt şəhərində ictimai nəqliyyatda nağdsız ödəniş sisteminin fəaliyyəti qeyri-müəyyən vaxta qədər dayandırılıb.
Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sərnişindaşıma və Nəqliyyat İdarəsinin məlumatına görə, səbəb validatorların işində və kart sistemində mövcud problemlərdir.
2020-ci ilin noyabr ayından etibarən “PAŞA Bank Visa İnterneşınıl” ASC-nin iştirakı ilə “Sumqayıt Nəqliyyat” MMC (Şəhərdaxili və şəhərətrafı sərnişindaşıma dövlət şirkəti) tərəfindən Sumqayıt şəhərində avtobusların ödəniş sistemi pilot rejimdə tətbiq edilir.
Sentyabrın 28-dən ictimai nəqliyyatda təmassız ödəniş sistemi hər yerdə tətbiq edilməyə başlayıb. Lakin ilk günlərdən məlum oldu ki, bu sistemin proqram təminatı nasazdır, kartlar isə kifayət qədər deyil, baxmayaraq ki, gediş haqqını NFC opsiyasına malik istənilən bank kartı ilə ödəmək mümkündür.
Sumqayıt Sərnişindaşıma və Nəqliyyat İdarəsində qeyd edirlər ki, hazırda Bakı Kart gediş kartı ödəniş sisteminin uyğunlaşdırılması istiqamətində işlər aparılır.
Bunun üçün gediş kartında balansı əks etdirmək funksiyası olmayan terminallar bu funksiyaya malik validatorlarla əvəz olunacaq.
Sumqayıt Sərnişindaşıma və Nəqliyyat İdarəsindən bildirilir ki, sərnişinlərin aldıqları plastik kartların balansı eyni ödəniş kartlarına köçürülməklə yenisi ilə əvəzlənəcək. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz