Supermarketlərə ƏDV ləğv edilmir
Supermarketlər əlavə dəyər vergisindən (ƏDV) azad edilməyəcək.
Vergilər naziri Fazil Məmmədov ticarət şəbəkələrinin (supermarket) əlavə dəyər vergisi (ƏDV) üzrə vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirib. Nazir deyib ki, kənd təsərrüfatı məhsullarının 98%-i bazarlarda satılır. Bazarlarda isə nə ƏDV var, nə də sadələşdirilmiş vergi.
Xatırladaq ki, aprelin 19-da iqtisadiyyat naziri şahin Mustafayev ARAZ, Neptun, Bolmart Bizim Market, FRESCO, SEBET, Makromart mağazalarının nümayəndələrini qəbul etmişdi. Onlar şikayət edib ki, ştatları saxlaya bilmirlər və xahiş ediblər ki, qiymətlər saxlanmaqla «sosial» çeşidlərə- süd, un məmulatı, yumurta, düyü, ət, balıq, yağ, meyvə, tərəvəz və uşaq yeməyi - vergi güzəşti edilsin.
Ekspertlər təklif etdi ki, əlavə xərclər və topdansatış zənciri azaldılsın. Bu, rentabelliliyi artıra bilər. Xatırladaq ki, dekabr devalvasiyasından sonra mağazalarda qiymətlər 40% bahalanıb. İdxal malları ilə yanaşı, yerli məhsulların da qiymətləri qalxıb. Bazarda payı çeşidlərin 60%-i olan «Azersun Holding» ASC də qiymətləri bahalandırıb. --17D—
-
- İqtisadiyyat
- 11 May 2016 11:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz