TANAP layihəsi bahalanıb
Transanadolu qaz kəmərinin yeni qiyməti elan edilib. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayevin dünən Türkiyənin energetika naziri Taner Yıldızla görüşündən sonra məlumat verilib.
ARDNŞ rəhbəri deyib ki, TANAP layihəsinin həyata keçirilməsi üçün 10-12 mlrd dollar lazımdır. O, əlavə edib ki, qrafikə əsasən, 2014-cü ilin II yarısında kəmərin tikintisi üzrə fiziki işlər başlayacaq. "Hazırda hüquqi və maliyyə məsələləri həll edilir", deyə Abdullayev izah edib.
Əvvəllər ARDNŞ rəhbərliyi bildirirdi ki, TANAP 7-8 mlrd dollara başa gələcək. Qiymət artımı marşrutun dəqiqləşdirilməsi ilə əlaqələndirilir.
Hazırda TANAP çərçivəsində dəqiq marşrut müəyyən edilir.
Taner Yıldızın sözlərinə görə, 2013-cü ilin sonuna kimi bu işlər görüləcək: hüquqi prosedurlar başa çatacaq, torpaq işləri başlayacaq. "Layihənin həyata keçməsi bütün regiona fayda gətirəcək ", - deyə Yıldız bildirib.
TANAP qaz kəməri üzrə Azərbaycan-Türkiyə hökumətlərarası sazişi 25 iyun 2012-ci ildə İstanbulda imzalanıb. 1750 km uzunluğunda, ilkin buraxılış qabiliyyəti 16 mlrd kubmetr olan kəmərin tikintisi 2018-ci ilin əvvəlində başa çatacaq. Hazırda TANAP Co-nun səhmlərinin 80%-i ARDNŞ-yə, 20%-i BOTAS-a məxsusdur. ARDNŞ payını 51%-ə azaldacaq və hazırda BP, Statoil və Total-la danışıqlar gedir. --12С--
-
- Siyasət
- 9 Aprel 2013 13:44
-
- İqtisadiyyat
- 9 Aprel 2013 14:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz