«Tax free» sistemindən 3 262 əcnəbi yararlanıb
“Tax free” sisteminin tətbiqinə başlanmasından 3 ay ərzində Azərbaycanda 3,262 min turist bu sistemdən yararlanıb. Bu barədə Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva məlumat verib.
Turan-ın məlumatına görə, Samirə Musayeva “Tax free” electron sistemin təqdimatında deyib ki, turistlər tərəfindən ödənilmiş 487,4 min manat ümumi məbləğdə əlavə dəyər vergisi geri qaytarılıb.
Onun sözlərinə görə, «Tax Free»dən Yaxın Şərq ölkələrindən olan turistlər daha çox istifadə edir.
«Yaxın Şərq ölkələrindən olan 1,754 min turist bu sistemdən yararlanıb.Onlar tərəfindən 245,8 min manat ƏDV geri qaytarılıb", - deyə S.Musayeva bildirib.
Avropadan olan 930 turistə 161,2 min manat, Asiyadan olan 503 turistə 70 min manat qaytarılıb. 10,4 min manat başqa ölkələrin payına düşür.
Qeyd edək ki, ilkin olaraq bu sistem ilkin mərhələdə bu sistem ölkənin beynəlxalq hava limanlarında tətbiq olunub. Lakin gələcəkdə onun bütün sərhəd-keçid məntəqələrdə tətbiqi planlaşdırılır. 71В
-
- İqtisadiyyat
- 4 Oktyabr 2016 14:18
-
- Cəmiyyət
- 4 Oktyabr 2016 15:42
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz