- İqtisadiyyat
- 14 Oktyabr 2016, 18:06
- 177
«Tik, idarə et, təhvil ver» prinsipi ilə tikintiyə investisiyalar dövlət rüsumundan azad edilib
Milli Məclis bugünkü iclasında «Tik, idarə et, təhvil ver» prinsipi ilə tikintiyə investisiyalar dövlət rüsumundan azad edib.
MM-in iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, bu yenilik “Dövlət rüsumu haqqında” Qanununda təklif olunan dəyişiklikdə nəzərdə tutulub.
Qərar prezidentin 21 aprel tarixli «Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun tətbiqi haqqında fərmanına əsaslanır.
Belə maliyyələşmə modeli körpü, tunel, su anbarı, kanalizasiya sistemi, konfrans mərkəzi, ali məktəb, mədəniyyət, səhiyyə, turizm obyekti, kommersiya təyinatlı binalar, topdansatış bazarları, fabriklər, idman mərkəzləri, yataqxanalar, istirahət və əyləncə parkları; sənaye parkları, yüksək texnologiya parkları, aqroparklar, yüksək texnologiyalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemləri və informasiya texnologiyaları sahəsində digər sistemlər; kənd təsərrüfatı məhsullarının tədarük anbarları və bu tipli digər obyektlər; geotermik və tullantıların istilikyaratma qabiliyyəti əsasında işləyən obyektlər və qızdırıcı sistemlər, elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələr və s əhatə edir.
Fərmana əsasən, bu model əsasında müqavilələri bağlamaq, obyektlərin qəbulu və istismara verilməsi səlahiyyəti İqtisadiyyat Nazirliyinə verilib. --17D—
-
- İqtisadiyyat
- 14 Oktyabr 2016 18:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz