Tikinti və mənzil sektoruna yerli bank investisiyalarının 13,7%-i qoyulub
Mərkəzi Bankın məlumatına görə, bankların daşınmaz əmlak əməliyyatlarının maliyyələşməsi çərçivəsində kredit portfeli mayın 1-i üçün 1 mlrd 338 mln manat (ilin əvvəlindən +9,8%) olub. İpoteka kreditləri üzrə 34,9 mln manat verilib. Tikinti və daşınmaz əmlak alışının kreditləşməsinə bankların kredit portfelinin 6,5%-i düşür.
Banklar 2005-ci ilin yanvarından tikinti və mənzil sektoruna 2 mlrd 814,1 mln manat vəsait qoyub. Bu, yerli bank investisiyalarının 13,7%-dir. --17D—
-
- İqtisadiyyat
- 12 İyun 2015 14:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz