Total qazma qurğusu qurmaq üçün Xəzərdə seysmik tədqiqat aparacaq
Fransanın Total şirkəti “Abşeron” yatağında seysmik tədqiqat aparmağa hazırlaşır. Bu barədə ARDNŞ birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə məlumat verib.
Onun sözlərinə görə, bu, hasilat platforması qurulacaq yeri müəyyən etmək üçün lazımdır.
“Abşeron” yatağında qazma işləri yeni qazma qurğusu tikiləndən sonra bərpa ediləcək. Çünki Azərbaycanda hazırda boş üzən qazma qurğusu yoxdur.
“Abşeron” yatağının kəşfiyyatı və işlənməsinin operatoru olan Total bu ilin iyulunda burada iri qaz yatağı olduğunu təsdiqləyib: ilk kəşfiyyat quyusunun nəticəsinə görə, yatağın şimalında qaz və kondensat ehtiyatı 150-300 mlrd m3-dir.
ARDNŞ ilə Fransa Total-ı “Abşeron” perspektiv bloku üzrə PSA-sazişi 27 fevral 2009-cu ildə imzalayıb. Total 40%, ARDNŞ 40%, Gaz de France SUEZ (GDF/SUEZ) 20% paya malikdir.
Total E&P Absheron şirkəti 3 il çəkən kəşfiyyat müddətində və işçi planın təsdiqinə qədər bütün xərcləri çəkəcək. --0—
-
- İqtisadiyyat
- 10 Oktyabr 2012 12:13
-
- İqtisadiyyat
- 10 Oktyabr 2012 14:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz