TPM şagirdləri «ASAN xidmət» vasitəsilə qeydiyyata alınacaq
2016-2017-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “ASAN peşə” layihəsi çərçivəsində həyata keçirilir. “ASAN peşə” layihəsi, ilk növbədə, pilot olaraq Bakı və Gəncə şəhərlərində reallaşdırılacaq. Hazırda 1070 nəfər qeydiyyatdan keçib.
Təhsil Nazirliyinin məlumatına görə, ilk peşə-ixtisas təhsili almaq istəyənlərin qeydiyyatı avqustun 11-dən avqustun 26-dək davam edəcək. 2016-2017-ci tədris ilində Bakıdakı 26 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə 3 min 580, Gəncədəki 6 dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə isə 600 şagird yeri ayrılıb.
Abituriyentlərin fikrincə, proqramların birgə həyata kçeirilməsi əlavə əngəllər yaradır. Onlar oxuduqları məktəbdə və TPM-dən arayış götürməlidirlər. Attestatı məktəbdə götürüb PTM-də qeydiyyata düşüb imtahan vermək daha rahat olardı. Şagirdlər gələn ildən də olsa, problemlərin həllini tapacağına ümid edirlər. --17D—
-
- Cəmiyyət
- 16 Avqust 2016 13:36
-
- İqtisadiyyat
- 16 Avqust 2016 14:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz