TRACECA ilə tranzit daşımaları azalmaqda davam edir
2014-cü ilin I yarısında «İpək Yolu» ilə Azərbaycan ərazisindən tranzit daşımalarının həcmi 6 335,9 min ton olub. Bu, ötən ilin eyni dövründəkindən 15,2% azdır, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
DSK-nın məlumatına görə, daşıyıcıların gəlirləri mütənasib şəkildə azalıb. Altı ayda TRACECA nəqliyyat dəhlizinin Azərbaycan sahəsində yük daşıyıcılarının mədaxili 61 mln 451,5 min manat olub. Bu, ötən ilkindən 15% azdır.
Azərbaycan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisi hesabına bu dəhlizlə yük daşımalarını artırmaq istəyir. Dünən Gürcüstan paytaxtında Azərbaycan və Gürcüstanın yüksək rütbəli təmsilçilərinin iştirakı ilə bu layihənin Əlaqələndirmə Şurasının 20-ci iclası keçirilib. Tərəflər KİV-ə bildirib ki, işlər uğurla davam edir və Gürcüstan ərazisində tikinti işlərinin əsas mərhələsi ilin sonu üçün başa çatacaq. Dəmiryolu xətti 2015-ci ildə istismara veriləcək. BTQ-nin TransAvropa və TransAsiya dəmiryolu şəbəkələrinə birləşməsi nəzərdə tutulur. Bu isə yük və sərnişin daşımalarının artmasına səbəb olacaq. 08D
-
- Siyasət
- 19 Avqust 2014 17:19
-
- İqtisadiyyat
- 19 Avqust 2014 17:37
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz