
Turanbank nizamnamə kapitalını üçdə bir artırıb
"Turanbank" ASC 2013-cü ilin I yarısında aktivlərini 11% artıraraq 245,71 mln-a çatdırıb. Kredit portfeli 9,4% genişlənərək 175,89 mln manat olub.
Bankın ümumi öhdəlikləri 184,27 mln-dan 198,83 mln manata artıb. Depozit portfeli 8,9% genişlənərək 98,53 mln manat, o cümlədən müddətli müştəri əmanətləri 4,2% artaraq 51,82 mln manat olub.
Balans kapitalı 47,17 mln manata çatıb. Məcmu kapital 30% artaraq 43,83 mln manat, ödənilmiş nizamnamə fondu 33,3% artaraq 40 mln manat olub. --15B--
-
- İqtisadiyyat
- 31 İyul 2013 14:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz