Türkiyədə Azərbaycan kapitallı 80 şirkət yaradılıb
Bu ilin beş ayında Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 80 şirkət yaradılıb.
Türkiyə Palatalar və Birjalar Birliyinin məlumatına görə, ilin əvvəlindən Türkiyədə 4 mln. 126, 5 min lirə həcmində Azərbaycan kapitallı 29 SC yaradılıb.
Yanvar-may aylarında Türkiyədə Azərbaycan kapitallı 80 şirkət təsis edilib. Həmin şirkətlərin elan edilmiş kapitalı 13,2 mln. lirəni ötür. Bunun 10,2 mln.-nu Azərbaycan təsisçiləri qoyublar.
Bir qayda olaraq, şirkətlərə qoyulan investisiyalar onların fəaliyyəti dövründə genişlənir. Azərbaycandan fərqli olaraq, Türkiyədə şirkətlərin kapitalına investisiya fəallığından asılı olaraq baxılır.
Hazırda Türkiyədə Azərbaycan kapitalının iştirakı ilə 1700-ə yaxın şirkət fəaliyyət göstərir. Kapital axını 2013-cü ildən artıb. Həmin vaxtdan ölkədə Azərbaycan kapitallı 600-ə yaxın şirkət açılıb.
Dövlət qeydiyyat orqanı (Vergilər Nazirliyi) ölkə üzrə qeydə alınan şirkətlər və onların qoyduqları kapital barədə məlumatı dərc etmir.08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz