Üç ayda abunəçi sayı 2,7% artıb
Bu ilin II rübündə “Azərsu” ASC-nin su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi abunəçilərin sayı 35 min və ya 2,7 faiz artıb.
İyulun 1-i üçün 1 mln 2821 abunəçi içməli su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Bunun 1 mln 235,7 mini (96,3%) əhali qrupu abunəçiləridir. İkinci rübdə əhali qrupu abunəçilərinin sayı 2,5 faiz artıb. Bu dövrdə kommersiya istifadəçilərin sayı da artaraq 46,5 minə (+10%) çatıb.
“Azərsu” ASC-nin mətbuat xidməti abunəçilərin sayının kəskin artmasının səbəbini şərh etmir. Ehtimal etmək olar ki, qanunsuz qoşulmaların aradan qaldırılması, nəzarətin yaxşılaşdırılması və regionlarda su təchizatı sistemlərinin genişləndirilməsi ilə bağlıdır.
Amma sayğaclaşma səviyyəsi aşağıdır. İyulun əvvəli üçün abunəçilərin 55,6%-i sayğacla təmin olunub (714,5 min) Əhali qrupunda bu göstərici 82,2%-dir. 08D
-
- Siyasət
- 12 Avqust 2014 12:06
-
- İqtisadiyyat
- 12 Avqust 2014 12:12
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz