Üç helikopter satılır
Azərbaycanda üç helikopter ümumi qiyməti 400 min manata ($0,5 mln) satışa çıxarılıb.
Əmlak Məsələləri Dövlət Komitəsi 28 oktyabrda 1990-1993-cü illərdə AZAL-ın istismarında olan Mİ-8 MTV1 markalı üç helikopteri hərraca çıxaracaq.
Mİ-8 MTV1 helikopteri sərnişin (22 nəfər), eləcə də kabinə daxilində və asma yolla 4 ton yük daşımaq üçündür. Doldurub-boşaltma üçün kabinədə elektrobucurğad var. Adamları sudan və ya yerdən qaldırmaq üçün LPQ-150 bucurğadı da var.
2008-ci ildə “Silk Way Helicopter Services” MMC yaradılandan sonra AZAL-ın helikopter infrastrukturu bu şirkətə verilib. Formal olaraq “Silk Way Helicopter Services” Zabratdakı aeroportun, onun anqar və nəqliyyat vasitələrinin icarəçisidir. Zabrat aeroportu müasir standartlara cavab verir.
“Silk Way Helicopter Services” MMC-nin S-92A, AS-332 L1 «Super Puma», EC-155 B1, EC-135, MI-171, MI- 8MTV-1, Cessna Skyhawk 172 S helikopterləri var, deyə şirkətin saytında bildirilir. Onların sayı açıqlanmır.
Bu günlərdə aviaşirkət AW139 VIP markalı daha bir helikopterin istismarına başlayıb. Bu helikopter yüksək komfortludur və VIP sərnişinlər üçündür.
“Silk Way Helicopter Services” “Silk Way Holding” şirkətlər qrupuna daxildir. KİV bildirir ki, 20 nəqliyyat, servis, sənaye, maliyyə şirkətini birləşdirən bu qrup prezident Əliyevin ailəsinə məxsusdur. Bu informasiyanı nə təsdiq, nə də təkzib ediblər. 08B
-
- İqtisadiyyat
- 10 Oktyabr 2014 12:21
-
- Siyasət
- 10 Oktyabr 2014 12:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz