Unibank illik manat əmanətləri üzrə dərəcəni 12,5%-ə qaldırıb
"Unibank" ASC manat əmanətləri üzrə faiz dərəcəsi və müddəti artırır.
Bankdan verilən məlumata görə, illik əmanətlər üzrə dərəcə faizlərin ayda bir dəfə götürüləcəyi halda illik 12% (+2%)olur. Bir illik əmanətlərin faizləri depozit müddətinin sonunda götürülərsə, bu əmanətə görə illik 12,5% hesablanır.
.Manat əmanətlərinin maksimal müddəti 12 ay artaraq 36 aya çatıb. Üç illik əmanətlərdə depozitə görə hesablanan faizlər maksimal həddə - illik 15,7%-lə ödənilir, deyə bank məlumat verir.
Xatırladaq ki, bank Əmanətlərin Sığortası Fondunun üzvüdür və qaydalara əsasən, 12 faizdən yüksək əmanətlər sığortalanmır. --15D--
-
- İqtisadiyyat
- 13 Noyabr 2012 12:49
-
- Foto sessiyalar
- 13 Noyabr 2012 13:21
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz