Valyuta «qara bazarı» aktivləşib
Dolların bahalaşması və bəzi bankların satışı limit tətbiqi nəticəsində valyuta «qara bazarı» aktivləşib.
Turan müxbirinin müşahidəsinə görə, Dəmiryolu Vağzalı yaxınlığında qeyri-leqal şəkildə valyuta satılır.
«Qara bazar»da dolları 1,74 manata alılar. Müştəri 1000 dollardan çox satarsa, qiymət 1,75 manata qaldırılır.
Qeyd edək ki, KİV-in yazdığına görə, 10-dək bank dollar satışını dayandırıb, 11 bank isə limit qoyub – bir nəfərə 300-1000 dollar və ya avro.
Noyabrın 10-da dolların rəsmi məzənnəsi 1,6782 manat olub. Bugünkü hərracda məzənnə 1,6867 manata artıb. Demək, noyabrın 11-də rəsmi məzənnə artacaq. 71D
-
- İqtisadiyyat
- 10 Noyabr 2016 12:47
-
- Cəmiyyət
- 10 Noyabr 2016 13:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz