Vaxtı keçmiş kreditlərin xüsusi çəkisi artır
Mərkəzi Bankın məlumatına görə, noyabrın 1-i üçün Azərbaycanın kredit təşkilatları 15,82 mlrd manat kredit verib. Vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 8,7% və ya 1 mlrd 375,6 mln manat təşkil edib.
Rəsmi məlumata görə, 1 ayda kredit portfeli 1 mlrd manat (1 oktyabrda 16 mlrd 785,1 mln manat, vaxtı keçmiş kreditlər 1 mlrd 597,3 mln manat) azalıb.
Milli valyuta ilə kreditlər 53,8% və ya 8 mlrd 509,5 mln manat, vaxtı keçmiş kreditlər 632,3 mln manat və ya 7,4%-dir. Xarici valyuta ilə vaxtı keçmiş kreditlər 743,3 mln manat və ya 10,2%-dır.
Beləliklə, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi artır. Ötən il o, 5,3% 2014-cü ildə 6,9% və ya 1 mlrd 508,5 mln manata artıb . --17D—
-
- İqtisadiyyat
- 7 Dekabr 2016 08:04
-
- İqtisadiyyat
- 7 Dekabr 2016 08:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz