Vergi daxilolmaları 4,8% azalıb
Bu ilin 9 ayı ərzində Vergilər Nazirliyi dövlət büdcəsinə 252,5 mln. manatı hesablamayıb. Hökumətin proqnozlarına görə, ilin sonunadək vergilər üzrə əskiklik 100 mln. manata enə bilər.
Vergilər Nazirliyinin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabr aylarında nazirliyin xəttilə dövlət büdcəsinə 5 mlrd. 94, 2 mln. manat vəsait daxil olub ki, bu da 2014-cü ilin müvafiq dövründən 4,8% azdır. İlin əvvəlindən vergi orqanlarında 58 473 vergiödəyicisi qeydiyyata alınıb.
Ötən ildən fərqli olaraq Vergilər Nazirliyi qeyri neft-qaz sektorundan vergi daxilolmaları barədə məlumatı təqdim etmir.
Qeyd edək ki, bu il neftin dünya qiymətinin enməsilə əlaqədar vergi yığımı üzrə proqnoz 7 mlrd. 112 mln. manatdan 7 mlrd. 12 mln. manata endirilib. Gələn il Vergilər Nazirliyi 6,6 mlrd. manat toplayacaq. Hökumət vergi daxilolmalarının 72,9%-nin qeyri neft-qaz sektorunun payına düşəcəyini gözləyir.08B
-
- İqtisadiyyat
- 10 Oktyabr 2015 13:03
-
- İqtisadiyyat
- 10 Oktyabr 2015 13:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz