Vergi işçiləri və başqa məmurlar QHT-ləri boğur
Transparency İnternational” təşkilatının milli bölməsinin keçirdiyi sorğuya əsasən, respondentlərin yalnız 11% isə vergi sistemindən məmnundur. 100 QHT arasında keçirilən sorğuda iştirak edən respondentlərin yalnız 17%-i hüquqi mühitdən tam razılıq ifadə edir,.
İctimai vəkillik vətəndaş cəmiyyətinin ən əsas fəaliyyətlərindən biridir, lakin tədqiqata qatılan təşkilatların dörddə üçü özlərini bu sahədə tam azad hiss etmədiklərini bildirib.
Problemlərdən biri fandrayzinqdir (layihənin icrası üçün kənardan vəsait cəlb etmə). Siyasi məmurların QHT-lərin maliyyə donorları ilə münasibətinə qarışmaması üçün qanunvericilik bazası lazımdır, - deyə respondentlər düşünür.
Sorğuda iştirak edən respondentlər QHT-lərinin əsasən xarici donorlardan, təxminən yarısı isə hökumətdən maliyyələşdiyini bildirib. USAİD-in məlumatına görə, ölkədə QHT sektoru zəif inkişaf edib (4,7 bal). Mətnlə bu keçid vasitəsilə tanış olmaq olar: http://transparency.az/alac/files/bookaz.pdf. --17D—
-
- İqtisadiyyat
- 14 Avqust 2013 15:45
-
- İqtisadiyyat
- 14 Avqust 2013 16:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz