Vergi yığımı 163 mln manat azalıb
Bu ilin yanvar-aprel aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 min manat vəsait daxil olub. Analitik-informasiya şöbəsi proqnoz tapşırığına 104,8 faiz əməl edildiyini bildirir.
2015-ci ilin eyni dövrü ilə müqayisədə yığılan vergi həcmi 163 mln, 2014-cü illə müqayisədə 445,5 mln manat azalıb.
Bu ildən Vergilər Nazirliyi vergi ödəyicilərinə «tənəffüs» verib: səyyar vergi yoxlamaları, oprativ tədbirlər və s minimuma endirilib. Formal olaraq bu, qeyri-neft iqtisadiyyatının inkişafını stimullaşdırmaq üzrə tədbirlər çərçivəsində sahibkarlığa dəstək niyyəti ilə izah edilir.
Bu il Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi və dövlət rüsumu ödənilməsi planı 2015-ci ilin faktiki proqnozuna ilə (7 mlrd 12 mln manat) müqayisədə 410 mln manat azaldılıb. 08D
-
- Cəmiyyət
- 13 May 2016 12:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz