Vergilər Nazirliyi borcu olan vergi ödəyicilərinin siyahısını dərc edib
Vergilər Nazirliyi dekabrın 3-ə qədər borcunu ödəməyən vergi ödəyicilərinin siyahısını dərc edib.
Siyahıya əsasən, bura 219 vergi ödəyicisinin adı daxil edilib. Onların 128-i Bakıda fəaliyyət göstərir.
Onların arasında “Bakı elektromaşın” maşınqayırma zavodu, “3 MS LTD” zeytun emalı müəssisəsi, “Miri Grand” şirə zavodu, “Ganca Monolit” beton zavodu, “Qazax-Konserv” zavodu, “Azərkarton” karton fabrikinin də adları var.
Bundan başqa, siyahıda xarici neft və xidmət şirkətlərinin Azərbaycandakı filiallarınından "HESS (ACG) Limited", "Karasu Development Company", "Roteriencinirinq Limited", "Petroleum Services Group" şirkətlərinin adları var.
Siyahıya həmçinin “Ramin”,“Sahil”, “Dörd qardaş”, “Gülüstan”, Ruslan” şadlıq evlərinin də adları daxil edilib. --17D—
-
- İqtisadiyyat
- 4 Dekabr 2014 13:49
-
- Cəmiyyət
- 4 Dekabr 2014 14:19
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz