Vergilər Nazirliyi hesabat verir
İyunda Vergilər Nazirliyinin əməkdaşları 6119 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlayıb.
Nazirliyin press-relizində deyilir ki, 1458 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, 1080 vergi ödəyicisinin lisenziya almadan məşğul olduğu müəyyən edilib. Həmçinin 271 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi aşkarlanıb.
487 vergi ödəyicisinin 772 nəfər fiziki şəxsi əmək müqaviləsi bağlamadan işə cəlb etdiyi müəyyən edilib.
Bundan başqa, 372 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı aşkarlanıb. 87 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu amüəyyən olunub.
Ekspertlər hesab edir ki, vergi əməkdaşları qanun pozuntularının cüzi hissəsini aşkarlayır. Ticarət obyektlərinin çoxu malı qaimə və müşayiətçi sənədlər olmadan satır. Dövlətstatkoma görə, ölkədə 4,5 mln nəfər işləyir. Bunun cəmi 2,2 mln-u DSMF-də icbari sosial sığorta ödəyicisi kimi qeydiyyata alınıb. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz