Vergilər Nazirliyi İKT xidmət alınmasını 52% artırıb
2014-cü ildə Vergilər Nazirliyi 11 mln 273,2 min manat məbləğində informasiya-kommunikasiya xidməti alıb. Bu, əvvəlki ildəkindən 51,1% çoxdur.
Satınlamalar üzrə Dövlət Agentliyinin məlumatına görə, ötən il əsas İKT xidməti tədarükçüləri “Caspel” MMC (5 mln 747 min manat) “Sybernet” (2 mln 759 min manat) və “Digital Sors” MMC (1 mln 48 min manat) olub. Bu vəsaitlərin əsas hissəsi Vergilər Nazirliyinin İT-infrastrukturuna dəstək üçün istifadə edilib.
Qeyd edək ki, ötən il Çağırış mərkəzi (sahibkarlıq fəaliyyəti sahəsində universal telefon xidməti) istifadəyə verilməli idi. Vergilər Nazirliyi onun yaradılmasına 2,2 mln manat xərcləyib. Məlum deyil, “Digital Services” işin öhdəsindən gəlibmi? 08B
-
- İqtisadiyyat
- 10 Yanvar 2015 18:18
-
- İqtisadiyyat
- 10 Yanvar 2015 18:43
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz