Vergilər Nazirliyi kiçik pozucularla mübarizə aparır
2013-cü ilin may ayı ərzində 5823 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib.
Vergilər Nazirliyinin məlumatına görə (http://www.taxes.gov.az/?name=metbuat&bolme=pressreliz&pid=719&lang), vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulması üzrə 2 625, vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunması üzrə 970 pozuntu aşkarlanıb. 344 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 1151 vergi ödəyicisinin xüsusi razılıq almadan məşğul olduğu müəyyən edilib.
Vergilər Nazirliyi işəgötürənlərlə muzdlu işçilər arasında şəffalıq üçün də mübarizə aparır – 489 vergi ödəyicisi tərəfindən 769 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi aşkarlanıb. 200 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 44 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mal olduğu müəyyən edilib. --17D—
-
- İqtisadiyyat
- 6 İyun 2013 17:19
-
- Sual-cavab
- 6 İyun 2013 17:36
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz