Vergilər Nazirliyi mümkün olmayanı edib
2015-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 118 milyon 196,7 min manat vəsait daxil olub. Bu, proqnozdan 0,1% çoxdur, deyə qurumun analitik-informasiya şöbəsi bu gün məlumat yayıb.
Ekspertlərin hesablamasına görə, neftin qiymətinin ucuzlaşması ilə bağlı neft sektorundan gəlirlər 2014-cü illə müqayisədə 600-650 milyon manat azalıb. İqtisadçılar bildirir ki, manatın devalvasiyası bu itkilərin bir hissəsini kompensasiya edib. İstisna olunmur ki, vergi əməkdaşları planı özəl sektora təzyiq hesabına yerinə yetirib.
Vergilər Nazirliyi vergi bazasının genişlənməsi barədə də məlumat verir. 2015-ci ildə vergi orqanlarında 76 877 vergi ödəyicisi qeydiyyata alınıb. Bu, 2014-cü illə müqayisədə 7,1% azdır. Bağlanan şirkətlər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə məlumat verilmir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz