Viza Kreditin beş illik istiqrazları üzrə gəlirlilik illik 12%-dir
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Viza Kredit" MMC-nin ümumi qiyməti 500 min manat olan faizli təminatsız adlı sənədsiz istiqrazlarının emissiya prospektini qeydiyyata alıb.
Emisisya prospektinə əsasən, yerləşdirmə Bakı Fond Birjasında
Açıq abunə yolu ilə olacaq.
BFB-nin məlumatında deyilir ki, bir istiqrazın nominal qiyməti 1 min manat, müddəti 5 il, fazi dərəcəsi 12%-dir. Anderrayter xidmətini “Texnika Kapital Menecment” MMC göstərir.
"Viza Kredit" 2011-ci ilin oktyabrından fəaliyyət göstərir. İlin əvvəli üçün kredit portfeli 606,3 min manat olub. --15D--
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz