V.Məhərrəmli: Bu rəqəmlər reallıqdan uzaqdır
Bakı/04.09.17/Turan: "Dövlət başçısı demək olar ki, bütün müşavriələrdə ölkə əhalsinin ət, toyuq məhsulları ilə daxili istehsal hesabına 100% təmin olunması haqda rəqəmlər səsləndirir, amma bu reallığa uyğun deyil". Ekspert Vahid Məhərrəmli bunu sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyəçiliyinii inkişafı ilə bağlı müşavirədə dövlət başçısı İlham Əliyevin çıxşıına münasibətdə bildirib.
Ekspert deyib ki, Ümumdunya Səhiyyə Təşkilatının standartlarına görə hər bir insan ildə 84 kiloqram ət istehlak etməldir, Azərbaycanda isə ildə 300 min ton ət istehsal ediir ki, bu da dambaşına 30 kiloqram ət istehlakı deməkdir.
"Süd istehlakına gəlincə, ildə 360 kiloqram süd istehlak olunmalıdır, bu da ildə 3 milyon 600 min ton süd istehsalı tələb edir. Reallıqda isə bu qərəm 2milyon 55 min tondur ki, 55% deməkdir".
V.Məhrrəmli deyir ki, reallıqda ölkə daxili istehsal hesabına tələbatını təmin edə bilmir, istər yumurta, istərsə də toyuq istehsalı sahəsində də durum belədir.
Buğdaya gəlincə, ölkədə çörək bişirilməsi 100% idxal buğdasından asılıdır.
Xatırladaq ki, sentyabrn 3-də dövlət başçısı İlham Əliyev Lənkərnada çay, çəltik və sutrus meyvəçiliyinin inkişafı ilə bağlı keçirilən müşavirədə ölkənin daxili istehsal hesabına özünü ət, toyuq ətilə təxminən 100%, südlə 80% təmin etdiyi haqda fikir bildirib.-0-
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz