VTB Bank-Azerbaijan-ın daha bir filialı açılıb
“VTB Bank (Azerbaijan)” “Neftçilər” filialını açaraq onların sayını 15-ə çatdırıb. Bu ilin sonunadək filial şəbəkəsinin 20-yə çatdırılması planlaşdırılır. Bunu jurnalistlərə bankın İdarə Heyətinin sədri Yuri Yakovlev bildirib.
“Gəncə filialının açılışına hazırlıq tam sürətlə gedir. Digər dörd obyekt üzrə ciddi perspektivlər var”, - o bildirib, lakin yeni filialların hansı regionlarda açılışının planlaşdırıldığını dəqiqləşdirməyib.
Onun sözlərinə görə, ötən il bu maliyyə qurumu filial şəbəkəsini xeyli genişləndirib – 8 filial açılıb.
2009-cu ilin martında AMB “VTB Bank (Azerbaijan)”a bank fəaliyyəti üçün lisenziya verib. Bankın səhmdarları strukturunda səhmlərin 51%-i Bank VTB, 48,99% AtaHolding şirkətlər qrupuna, 0,01% fiziki şəxsə məxsusdur. --17D—
-
- Siyasət
- 16 Fevral 2015 12:41
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz