«XalqBank» ASC-nin aktivləri azalıb
«XalqBank» ASC-nin aktivləri ötən il 1 mlrd 268,03 mln manatadək (mənfi 1,1%) azalıb. Bu isə öhdəliklərə də təsir edib - 1 mlrd 46 mln 327 min manat (mənfi 1,8%).
Bankdan verilən məlumata görə, kredit portfeli 6,1% artaraq 1 mlrd 57,6 mln manat, depozitlər 778 mln 609 min manat (mənfi 8,3%), əhalinin əmanətləri 639 mln 26 min manat (+6,7%) olub. Yəni korporativ iştirakçıların oyundan çıxdığı aşkar görünür.
Bankın məcmu kapitalı 221 mln 700,52 min manat (+2,2%), nizamnamə kapitalı 197 mln 125,29 min manat (+7,3%) təşkil edib.
Ötən il bankın xalis mənfəəti 15 mln 490,06 min manata çatıb.
XalqBank 2004-cü ildə yaradılıb. Səhmdarları 3 hüquqi şəxsdir: «EuroStandard» MMC, «IdealBusiness» MMC və «Avanqard» MMC. --17D—
-
- İqtisadiyyat
- 21 Yanvar 2015 14:16
-
- Cəmiyyət
- 21 Yanvar 2015 15:26
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz