Xarici əmanətçilər pullarını banklardan çıxarır
Yanvarın 1-i üçün banklarda əhalinin əmanətləri 7 mlrd 188,4 mln manat təşkil edib. Bu 2014-cü ilin əvvəlinə olan göstəricidən 12,4% çoxdur. Mərkəzi Bankdan (AMB) verilən məlumata görə, əhalinin milli valyutada əmanətlərinin həcmi 4 mlrd 422,4 mln manat və ya bütün əmanətlərin 61,5%-i qədərdir (+13,7%).
Qalanı xarici valyutada əmanətlərdir (+10,3%).
AMB-nin məlumatına görə, 2015-ci il yanvar ayının 1-ə rezidentlərin bank əmanətlərinin həcmi 6 mlrd 472,5 mln manat, qeyri-rezidentlərin bank əmanətlərinin həcmi isə 715,9 mln. manat təşkil edib. Yerli əhali əmanətləri 15,2% artırıb. Qeyri-rezidentlərin əmanətləri isə 7,7% azalıb.
2015-ci il yanvarın 1-i üçün Azərbaycan banklarında əmanət və depozitlərin həcmi 15 mlrd 453,4 mln manat təşkil edir. Bu, ilin əvvəlinə olan göstəricidən 23,9% çoxdur. --17D—
-
- İqtisadiyyat
- 7 Fevral 2015 12:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz