Xarici sığortaçıların reyestrində dəyişiklik
Xarici sığorta, təkrarsığorta və broker şirkətlərinin siyahısına bir sıra asiyalı oyunçular əlavə edilib.
Dövlət Sığorta Nəzarəti Xidmətinin saytının məlumatına görə, ötən rübün yekunu üçün xarici təkrarsığorta şirkətlərinin reyestrinə bir sığorta şirkəti əlavə olunub.
Xidmətin rəhbərliyinin qərarı ilə "Korean Reinsurance Company" (Cənubi Koreya) siyahıya əlavə edilib. Beləliklə, reyestrdəki xarici kapitallı təkrarsığorta şirkətlərinin sayı 39-a çatıb.
Reyestrdəki sığorta şirkətlərinin sayı dəyişməyib – 91.
Broker seqmentinə bir xarici oyunçu artırılıb – Komill Global NR Service Co." (Cənubi Koreya) və onların sayı 63-ə çatıb.
“Sığorta fəaliyyəti haqqında” qanuna əsasən, sığorta, təkrarsığorta və broker şirkətlərinin reyestrinə yüksək reytinqli strukturlar daxil edilməlidir ki, Azərbaycan sığortaçıları onların vasitəsi ilə sığorta və təkrarsığorta əməliyyatları keçirə bilsin.
Həmin qanuna əsasən, reyestr operativ yenilənməlidir ki, şirkət maliyyə bazarında iştirak edə bilsin.
Dövlət Sığorta Nəzarəti Xidmətinin reyestri “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən yaradılıb. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz