Yanacaq üçün subsidiyalar 22% artırılıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Subsidiyaları Komissiyası ötən həftə 1 mln 264 min ha torpağın becərilməsi üçün konkret subyektlərə yanacaq və mühərrik yağları xərcləri üçün 63,2 mln manat ayrılması barədə qərar qəbul edib. “Kapital Bank” vasitəsilə 372 min 234 istehsalçı subsidiya alacaq.
Bu il “kənd təsərrüfatı” ilidir və subsidiya həcmi 1 ha üçün 40 manatdan 50 manata artırılıb. Ona görə verilən subsidiya həcmi 2014-cü illə müqayisədə 11,4 mln və ya 22% artıb.
Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, subsidiya alanların siyahısı qurumun saytında (www.agro/gov.az) yerləşdirilib. Bu praktika 2013-cü ildən tətbiq edilir. Ötən illər komissiya bir sıra vəzifəli şəxslərin bu vəsaitləri mənimsəməsi ilə bağlı faktlar əldə edib.
Martın 16-da komissiya 129 min buğda və düyü istehsalçısına 426,3 min ha sahənin becərilməsi üçün 17 mln manat ayırıb.
Xatırladaq ki, dövlət mineral gübrələrin qiymətinin 70%-i ödəyir. Təkcə bu ay Kənd Təsərrüfatı Subsidiyaları Komissiyası 5 idxalçıya (“Aqrolizinq”, ”Aqrokimya” , “GBR TRADE”, “FİTO TRADE” və “Mikro Az Feed”) 17 min 841 ton gübrənin fermerlərə güzəştlə satılması üçün 7 mln 280 min manat ayırıb. -08D-
-
- İqtisadiyyat
- 12 Avqust 2015 15:07
-
- Cəmiyyət
- 12 Avqust 2015 15:15
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz