Yanan «Karvan» ticarət mərkəzinin sahibi 74 min manat alıb
“Atəşgah” sığorta şirkəti üquqi şəxslərin əmlak sığortası üzrə 74 min manat ödəyib.
Şirkətdən verilən məlumata görə, Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzində baş verən yanğın nəticəsində qiymətli saat və aksessuarlar yanıb. Həmin saat və aksessuarlar satılan mağazaya verilib. Bu, ticarət sistemində əmlak sığortası üzrə az təsadüf edilən haldır.
Əmlak sığortası “Atəşgah” SŞ-nin əsas istiqamətlərindən biridir və yanğın və ya tüstü nəticəsində zədələnmə, ildırım vurması, məişət qazının partlaması, sığortalanmış əmlakın üstünə uçan alətlərin və yaxud onların qırıqlarının düşməsi, təbii fəlakətlər, sığortalanmış əmlakın su kəməri xətti, kanalizasiya, isitmə və yanğına qarşı sistemdən axan su nəticəsində zədələnməsi və digər riskləri əhatə edir.
“Karvan” Ticarət Mərkəzində oktyabrda baş verən yanğın zamanı yüzlərlə ticarətçi əmlakdan məhrum olub, onlarla insan qazdan zəhərlənib.
Əsas versiya qəsdən yandırma idi. Deyilənə görə, bu mərkəzin sahibi ticarətçilərdən özbaşına “vergi” alırmış.
“Karvan” Ticarət Mərkəzi AzSigortada sığorta olunub. Onun sahibi Ağamirzə Əhədov AzSigortadan 2,1 mln manat tələb edir. --17D—
-
- İqtisadiyyat
- 15 May 2014 16:46
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz