Yanvar-iyunda BFB-də dövriyyə yarıyacan azalıb
2012-ci ilin yanvar-iyununda Bakı Fond Birjasında bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 2985,07 mln manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 48,1% azdır.
BFB-nin məlumatına görə, hesabat dövründə bütün əqdlərin 86,3%-i dövlət qiymətli kağızlarının payına düşüb.
Birja satışlarının həcminin azalması 2,2 dəfə azalan dövlət kağızları bazarının hesabına olub. Notların ilkin bazarında əqd dövriyyəsi 3,4 dəfə, repo əməliyyatların həcmi 2,2 dəfə azalıb.
Korporativ qiymətli kağızlar bazarında 2,6 dəfə artım olub. İstiqrazların ilkin yerləşdirilməsi həcmi hesabat dövründə 95,3%, onlarla təkrar əməliyyat həcmi 104% artıb. İlkin səhm bazarında 4,8 dəfə artım, təkrar bazarda 4% azalma olub. --15D--
-
- Siyasət
- 5 İyul 2013 16:11
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz