Yapi Kredibank ziyana düşüb
“Yapi Kredi Bank Azerbaycan” QSC 2016-cı ilin I yarısında 1 mln 244 min manat ziyana düşdüyünü bildirib.
Bu, bankın maliyyə fəaliyyətinin nəticəsi deyil, mümkün kredit və depozit ziyanı üzrə 9 mln 224 min manat ehtiyat ayırmaları ilə bağlıdır.
2016-cı ilin 6 ayında bank 30,7 mln manat gəlir əldə edib. Əməliyyat mənfəəti 7,8 mln manat olub.
1 iyul 2016-cı il üçün bank 230,1 mln manat (o cümlədən xarici valyuta ilə 104,3 mln manat) kredit verib. Nəticədə 27,5 mln manat ehtiyat formalaşıb. “Yapi Kredi Bank Azerbaycan” 183,5 mln manat depozit cəlb edib. Bunun 137,1 mln-u xarici valyuta ilədir.
Bu il bank AMB-dən iki tranşla 20 mln manat alıb.
Səhmdarların xüsusi kapitalı 60 mln manatdır. Bankın səhmdarları 3 hüquqi şəxsdir, bunun biri (“Yapi ve Kredi Bankasi A.S.”, Турция) 99,8% səhm sahibidir.
Bank 1998-ci ildən fəaliyyət göstərir. 08B
-
- Dünyada
- 1 Avqust 2016 13:49
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz