Yarımildə Kapital Bankda 13,3% artım olub
“Kapital Bank” ASC-nin aktivləri 2016-cı ilin I yarısında 269 mln manat və ya 13,3% artaraq 2 mlrd 286,8 mln manata çatıb. Bu barədə bankın hesabatında bildirilir.
İyulun 1-i üçün bankın kredit portfeli 1 mlrd 180,7 mln manatdır. Bu, ilin əvvəlindəkindən 6,9% (77 mln manat) çoxdur.
Kapital Bankın cəlb etdiyi depozitlər (1 mlrd 164,1 mln manat) ilin əvvəlindən 3,4% (39 mln manat) artıb.
Maraqlıdır ki, bankın öhdəliklərinin artım tempi (17,5% və ya 302 mln manat) aktivlərin artımından yüksəkdir.
“Kapital Bank” ASC 2016-cı ilin 6 ayında mənfəəti və ziyanı barədə məlumat vermir. Nizamnamə kapitalı 185,5 mln manat olan bankın səhmdar kapitalı 259,6 mln manatdır.
“Kapital Bank” ASC-nin 170 səhmdarı var. Səhmlərin 99,87%-i “Pasha Holding” MMC-yə məxsusdur. 08D
-
- İqtisadiyyat
- 16 Avqust 2016 10:59
-
- Siyasət
- 16 Avqust 2016 12:14
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz