Yeni şirkətlərin 10%-nin kapitalında əcnəbilərin iştirakı var
Bu ilin üç rübündə Azərbaycanda 5 152 kommersiya hüquqi şəxs qeydiyyata alınıb. Dövlətstatkoma görə, onların 55,5%-i Bakıda yaradılıb.
Qeydiyyatdan keçən 100% xarici kapitallı (388 subyekt) və müştərək kapitallı (103) şirkətin xüsusi çəkisi 9,5%-dir. İlin əvvəlindən dövlət 165 müəssisə təsis edib.
Oktyabrın 10-u üçün fərdi sahibkarların sayı 452 mindən çox olub.
2012-ci ilin iyulunda «Kommersiya sirri haqqında» və «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» AR qanunlarına dəyişiklik ediləndən sonra Vergilər Nazirliyi qeydiyyata alınan kommersiya hüquqi şəxslərin aylıq xülasə şəklində açıqlanmasını dayandırıb. Ona görə yenidən yaradılan şirkətlərin informasiyasına çıxış yoxdur. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz